Bakıda 1 ay 10 gündür yoxa çıxan 17 yaşlı Quliyeva
Türkanla bağlı "Səni axtarıram"da qızışan müzakirələr zamanı olayda
"itkin" qızın anası qınaq obyekti kimi göstərilib.
Aparıcı Xoşqədəm Hidayətqızı itən qızına görə canlı yayımda hər
kəsin tənqid hədəfinə çevrilən çarəsiz ananın müdafiəsinə
qalxıb.
Xoşqədəm qızının qaçmağına görə bütün yükün üzərində olduğu ananı
qınayanlara səslənib:
"Mən işə gedib, çörək pulumu qazanıram da. Çəkilişlə bağlı
Rusiayadayam, ordayam, burdayam ... Övladım da mənim bu əziyyətimi
görür. Əgər övladım mənim bu əziyyətimi görə-görə, mən evdən
çıxandan sonra internetin qarşısında oturursa və ya evdən qaçırsa,
deyin görüm günahkar kimdir? Ona görə Allah mənə qız verməyib.
Bilir ki, mən onu öldürərəm. Əgər bir qız, bir övlad ananın
əziyyətini yerə vurursa, biz gərək bu qadını döyək, öldürək?"
Qeyd edək ki, Türkanın atası məhbusdur. (milli.az)