Əlcəzair hökuməti iş yerində qadınların niqab taxmasına rəsmi olaraq qadağa qoyub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadağa ötən gündən qüvvəyə minib.
Hökumət bu addımı niqabın şəxsiyyətin müəyyənləşdirilməsinə mane olması ilə izah edib.
Yerli müşahidəçilər niqaba qoyulan qadağanın ictimai rezonans yaradıb-yaratmayacağını qiymətləndirməkdə hələ ki, çətinlik çəkirlər. Hökumətin qərarının mühafizəkar əhval-ruhiyyəli dini təşkilatlar və bir qrup əhali tərəfindən tənqidlə qarşılanacağı istisna edilmir.
Milli.Az