"Star" neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.

"Star" neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.

Milli.Az