Prodüser Tarix Əliyevin (Tolik) atasının səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Tolik özü aparıcılığını etdiyi "Hər şey daxil"də məlumat verib.

Məşhur prodüserin atasının səhhəti ilə bağlı qəhər içində dedikləri:

"Atam dünən xəstəxanaya getdi. Axır vaxtlar atam bir yerini əməliyyat etdirir, başqa yerindən problemlər çıxır. Qorxuram, qorxumu da hiss etdirə bilmirəm. Mən övlad kimi bəlkə də valideynlərim üçün yaxşı övlad olmamışam". 

Təhməz Təkin
Milli.Az