Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənən heyət üzvlərinin kimlikləri bəlli olub.

Bu barədə Publika.az-a İran İslam Respublikasının səfirliyindən məlumat verilib.

Bildirilib ki, gəmi kapitanı Ukrayna vətəndaşı olub vəziyyəti yaxşıdır. Ümumilikdə zəhərlənən 12 heyət üzvündən 8-nin adları belədir:

1989-cu il təvəllüdlü Hameddin Qulipur Heybəti

1991-ci il təvəllüdlü Əhməd Məsud Məhəmmədrza

1985-ci il təvəllüdlü İbrahim Zabil İxtiyar

1987-ci il təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli

1991-ci il təvəllüdlü Təvəkkülü Purya Qulamirza

1982-ci il təvəllüdlü Məhəmmədzaman Salmanxaleqi

1985-ci il təvəllüdlü Vahid Mirzayi

1985-ci il təvəllüdlü Seyid Məhəmmədi Məhəmməd

Ölən 3 nəfərin adı isə belədir:

Əkbəri Məhsumi Kərimoğlu

Seyidmurtuza Nozən Mirhüseyn oğlu

Səccad Səyyad Müslim Fəridun oğlu.

Səfirlikdən bildirilib ki, zəhərlənməyə gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə səbəb olub.

Könül Cəfərli