Fransada helikopter qəzası nəticəsində 4 nəfər dənizçi yaralanıb.
Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, qəza "Dixmude" desant gəmisinin göyərtəsində baş verib.
Hadisə təlim məşqi zamanı baş verib. Ekipaj helikopterdən zərər çəkmədən çıxa bilsədə, gəminin uçuş zolağında işləyən 4 dənizçi yaralanıb.
Qəzanın səbəbləri araşdırılır.
Milli.Az