Bir dəfə ailə qurdum, müəyyən səbəblərdən alınmadı. İkinci dəfə ailə qurmaq barədə düşünmürəm. O mövzu mənim üçün bağlanıb. Yaşca özümdən kiçik bəylə isə, ümumiyyətlə, ailə qurmaram. Çünki həyat yoldaşım özümdən yaşca kiçik idi.

Milli.Az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında müğənni Mətanət Əsədova səsləndirib.

Sənətçi bildirib ki, bundan sonra efirə də çıxmayacaq:

"Bu gün bir efirim var. Ondan sonra efirə çıxmayacağam. Bir də nə zaman efirə çıxacağımı bilmirəm. Sözünü demiş sənətkaram, reklama ehtiyacım yoxdur". 

Mətanət Əsədova yaradıcılığı barədə isə bunları deyib:

"Yeni mahnılar üzərində işləyirəm. Bəstəkar mahnıları da var, xalq mahnıları da. Hazırda başım bu işlərə qarışıb". 

Milli.Az