Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova klip çəkdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi çəkilişdə evindəki pianinodan da istifadə edib.  

"Azərbaycanda bütün gənc qızlar cehiz olaraq evində pianino saxlayır. Bu pianino da mənim cehizimdir", - Günel Türkiyə KİV-nə açıqlamasında bildirib. 

Bundan əlavə, müğənni barmağından zədə alığını da qeyd edib: "Barmağım qapı arasında qaldı. Az qala qopacaqdı. Barmağı xilas etdik, amma dırnaq getdi. Klip üçün də məcbur belə bir sarğıyla gizlətməyə çalışdıq". 

Milli.Az