06:43

Krımın Kerç şəhərində kollecdə baş verən partlayış və atışma nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a şəhər administrasiyasının rəhbərinin müavini Dilavər Melqaziyev bildirib.

Atışma və partlayış nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Ötən gün Krımın Kerç şəhərində kollecdə 18 yaşlı 4-cü kurs tələbəsi Vladislav Roslyakov tələbəri atəşə tutub, daha sonra isə kollecin yeməkxanasında əldəqayırma qurğu partladıb. V.Roslyakovun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. O, insidentdən sonra intihar edib.

Şəhərdə 3 günlük matəm elan edilib.

01:17

Krımın Kerç şəhərində kollecdə partlayış və atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kollecin tələbələrindən biri digər tələbələrə tüfəngdən atış açıb və daha sonra kellecin yeməkxanasında əldəqayırma qurğunu partladıb.

Atışma və partlayış nəticəsində 15 nəfər hadisə yernidə, 4 nəfər isə daha sonra xəstəxanada həlak olub. İnsident zamanı 50-dən artıq insan xəsarət alıb.

Bildirilir ki, atışma və partlayışı törədən şəxs kollecin 4-cü kurs tələbəsi 18 yaşlı Vladislav Roslyakov olub. Onun cəsədi kollecin ikinci mərtəbəsində yerləşən kitabxanada tapılıb. V.Roslyakov insidentdən sonra intihar edib.

Qeyd edilir ki, şəhərdə 3 günlük matəm elan ediləcək.

17.10.2018

18:56

Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə xidmətindən bildiriblər. 

"Bundan başqa, onlarla adam xəstəxanalara çatdırılıb", - xidmətdən qeyd olunub.

---------

16:38

Krımda texniki kollecdə baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, partlayışın terror aktı olduğu bildirilir.

---------
15:13

Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.

Milli.Az bildirir ki, report Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.

---------
13:56

Kerçdə güclü partlayış baş verib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Krım yarımadasının şərqində yerləşən Kerç şəhərindəki Politexnik Kollecində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızmasıdır.

Bəxtiyar Umarlı
Milli.Az