23:30

ABŞ Türkiyədən səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı xüsusi xidmətlərdə olan audio və video məlumatları istəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə öz kabinetinin iclası zamanı bildirib.

D.Tramp jurnalistlərin audio və video materialların Türkiyədən istənilməsi ilə bağlı suallarına cavab olaraq deyib: "Bəli, biz onlardan bunu istəmişik, əgər bu mövcuddusa <...> Yəqin ki, mövcuddur".

ABŞ prezidenti vurğulayıb ki, dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərindən sonra bu işlə bağlı ona "tam hesabatı" təqdim edəcək: "Bu mənim [dövlət katibinə] verəcəyim ilk sual olacaq [audio və video materiallar haqqında]".

D.Tramp qeyd edib ki, səudiyyə jurnalist Camal Xaşkacinin itkin düşməsi ilə bağlı aparılan araşdırmanın nəticələri həftənin sonuna qədər məlum olacaq.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.

----------

23:16

Milli.Az "report"-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı Türkiyəyə sorğu göndərib.

"Tramp bildirib ki, ABŞ (audio və video təfərrüatlar varsa) Türkiyəyə itkin düşmüş jurnalistlə bağlı sorğu göndərib", - deyə xəbərdə qeyd edilir. Daha əvvəl bildirilib ki, Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla itkin düşmüş Qaşıqçının işi ilə bağlı təhqiqatı müzakirə edib. 

Milli.Az