Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayışın səbəbləri ətraflı araşdırılır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Baş verən hadisənin cinayət olduğu artıq məlumdur. Faciənin səbəbləri, müxtəlif ehtimalları ətraflı şəkildə araşdırılır", - V.Putin əlavə edib.

Qeyd edək ki, Kerç şəhərindəki Politexnik Kollecinin binasında baş verən partlayış nəticəsində 18 nəfər ölüb.

Milli.Az