Bakıda yolda çökmə hadisəsi baş verib.
Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib:
"Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla