Konqo Demokratik Respublikasında 200-dən çox Ebola virusuna yoluxma halı aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoluxma faktlarından 170-i təsdiq edilib.

Qeyd olunur ki, Ebolaya yoluxan 205 nəfərdən 130-u həyatını itirib.

Hazırda 51 nəfər bu xəstəlikdən sağalıb.

Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.

Milli.Az