ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hezer Nauert dövlət katibi Mayk Pompeonun Türkiyəyə səfərindən əvvəl açıqlama yayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yazılı açıqlamada deyilir:
“Xarici işlər naziri Mayk Pompeo amerikalı keşiş Endryu Bransonun azadlığa çıxmasına məmnunluğunu bildirmək və digər ikitərəfli vacib məsələlərlə bağlı müzakirələrlə aparmaq üçün Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcək”.
Digər tərəfdən Nauert bildirib ki, Pompeo həmçinin itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçının məsələsini də müzakirə edəcək və Türkiyənin məsələ ilə bağlı apardığı istintaqla bağlı kömək təklifini yeniləyəcək.
Qeyd edək ki, Mayk Pompeo artıq Türkiyədə səfərdədir və həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Günay Elşadqızı / METBUAT.AZ