Məşhur aktyor Özcan Dəniz Azərbaycanda və Türkiyədə də böyük maraqlı zilənilən “İstanbullu gəlin” serialında anası Esma Boran rolunu canalandıran aktirsa İpek Bilginin ona şillə vurması səhnəsindən danışıb.

Publika.az xəbər verir ki, aktyor sosial şəbəkədə adıçəkilən serialın yeni fraqmanını paylaşaraq "3 gündür ki, qulağım eşitmir. İpəyim, insanam axı. Bura haradır?", - deyə qeyd yazıb. O, bu sözləri ilə serialın izləyicilərini təəccübləndirib.