Gələn il Azərbaycanda avtomobil idmanı sahəsində ilk dəfə olaraq Drift çempionatı keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Federasiyasının Baş katibi Anar Şükürov bildirib.
Onun sözlərinə görə, çempionat 2019-cu ilin yayında təşkil ediləcək: "Bu, respublika çempionatı olacaq. Yarışın ilkin mərhələsi Bakıda, digərləri regionlarda olacaq. Çempionatda istənilən şəxs təhlükəsizlik tələblərinə cavab verən istənilən avtomobillə iştirak edə bilər".
O, həmçinin gəncləri, avtoidman həvəskarlarını kartinq mərkəzlərindən geniş istifadə etməyə çağırıb. A.Sükürov əlavə edib ki, Bakıda yeni ümumi avtomobil trekinin, regionlarda isə kartinq mərkəzlərinin yaradılacağı planlaşdırılır. Bununla bağlı muxtəlif layihələr üzərində müzakirələr aparılır.
İlkin İzzət
Milli.Az