Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub:

"Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın üzlük daşı 3-4 metr uzunluqda qoparaq yola tökülüb. Başqa bir proses yoxdur".

Əziz Qaralov qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.

Milli.Az