ABŞ-ın Kaliforniya ştatındakı Mohave səhrasında dünyanın ən böyük postapoliptik festivalı olan "Wasteland Weekend" keçirilib.

Milli.Az Daily Mail-ə istinadən billdirir ki, minlərlə iştirakçı "Mad Max" filminin obrazlarına bənzəyirdilər.

"Mad Max" filmlər seriyası və eyniadlı kompüter oyunlarının motivləri əsasında olan, 2010-cu ildə ilk dəfə keçirilən festivalın baniləri Karol Bartişinski, Cared Batler və Ceyms Hovarddır.

Bayrama qatılmağın şərti xüsusi geyimdə olmaq, "Mad Max" stilində modifikasiya edilmiş nəqliyyat vasitəsini idarə etməkdir.

"Death Guild Thunderdome" adlı "döyüş qəfəsi"ndə isə döyüşlər keçirilib.

Festival iştirakçıları hər axşam məşhur qruplar və DJ-lərin konsertlərinə qatılaraq rəqs ediblər.

"Wasteland Weekend"dən sürrealist fotoları təqdim edirik.

Milli.Az