Bu gecə Suraxanı rayonunda zərcirvari avtobus qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza zamanı "Bakubus" MMC-yə məxsus İveco markalı 3 sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobuslar yararsız hala düşüb.

Məlumata görə, qəza avtobuslar qaraja gedərkən baş verib. Ona görə də içərilərində sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.