Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.

Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az