Bankda toplantı zamanı qorxulu anlar yaşanıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, bankda iclas zamanı tavandan döşəməyə yarım metrlik ilan düşüb.

Yerdə ilan görən işçilər vahiməyə düşərək otağı tərk ediblər.

Hadisə Çinin Guangksi Zhuang əyalətində baş verib.

CBS News-ün xəbərinə görə, ötən il də bu bankda ilan tapılmışdı.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

Milli.Az hadisə anının görüntülərin təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bankda iclas zamanı tavandan ilan düşdü