Britaniyalı tələbə Birləşmiş Ərəb Əmirliklərində casus kimi saxlanılıb.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, Durham Universitetində tibb sahəsi üzrə təhsil alan 31 yaşlı Metyu Hedces (Matthew Hedges) mayda, Dubayda tutulub.
O, araşdırma xarakterli gəzintisindən sonra hava limanında, ölkədən çıxmaq istəyərkən saxlanılıb. Metyu təcridxanaya salınıb.
BƏƏ-nin hökumət bəyənnaməsində bu gün Metyunun casus kimi saxlanıldığı qeyd olunub.
Birləşmiş Ərəb Əmirliklərinin baş prokroru britaniya vətəndaşı Metyu Hedcesin casusluğa görə saxlanıldığını təsdiq edib. Bildirilib ki, o, BƏƏ-nin hərbi, iqtisadi və siyasi təhlükəsizliyini riskə atıb.
Bəxtiyar Umarlı
Milli.Az