İranın Pakistanla sərhədindəki Sistan və Bəlucistan əyalətinə bağlı Mircave şəhərində 14 təhlükəsizlik qüvvəsi əməkdaşı qaçırılıb.
Metbuat.az xarivi KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayaraq bildirib ki, təhlükəsizlik qüvvəsinin əməkdaşları sərhəd zonasında səhər saatlarında qaçırılıblar. Məlumata görə, qaçırılanlardan 7-si Besic milisi, 5-i sərhədçi, ikisi isə İnqilabçı Qəyyumlar Ordusunun kəşfiyyatçıları olub.
Sistan və Bəlucistanda fəaliyyət göstərən "Ceyşul Adl" adlı təşkilat sosial media hesablarından hadisənin məsuliyyətini üzərinə götürsə də, iranlı səlahiyyətlilər hələ ki, rəsmi açıqlamaverməyib.
İranın terror təşkilatı elan etdiyi "Ceyşul Adl", ölkədəki sünni bəluc xalqının hüquqlarını qoruduğunu iddia edərək Tehran administrasiyasına qarşı silahlı mübarizə aparır. Həmin təşkilat ötən ilin aprelində də 1 əsgər qaçırmışdı. Qaçırılan əsgər 15 avqustda sərbəst buraxılmışdı.
Günay Elşadqızı / METBUAT.AZ