Avtomobildə gizlədilmiş mobil telefonlar aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, “Xanoba” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21043” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd “NANO BQ-1411” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Könül