Tovuzda qadın ağacdan yıxılıb.

Trend-in məlumatına görə, Şəmkir rayonundan Tovuza qonaq gələn 1980-ci il təvəllüdlü Mirzəyeva Aygün Cavad qızı qonaq gəldiyi evin həyətində meyvə yığmaq üçün ağaca çıxıb. Qadın ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.