Türkiyənin tanınmış opera müğənnisi Hakan Aysev 6-cı dəfə evlənib.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi memar Evren Aysevlə ailə qurub. Bu barədə o, sosial şəbəkədə xəbər yayıb. Hakan 6-cı dəfə evlənməsini müzakirə edənlərə belə bir cavab verib:
"Mən bütün münasibətlərimi rəsmi şəkildə yaşayıram. İnsanları ciddi qəbul edir və xətirlərinə dəyə bilmirəm. Bir qadın həyatını mənimlə davam etdirmək istəyirsə, razı oluram".
Qeyd edək ki, Hakan ilk evliliyini 1988-ci ildə, 5-ci evliliyini isə 2016-cı ildə edib.
Milli.Az