İngiltərənin Avropa İttifaqından ayrılma prosesi sıx müzakirələrlə davam edir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, üzv dövlətlərin səfirləri təcili iclasa dəvət ediliblər. Diplomatik mənbələrin verdiyi məlumata görə, ancaq Böyük Britaniyanın səfiri görüşə çağırılmayıb.
İclasa Breksit kimi tanınan ayrılıq müzakirələrinə çərşənbə gününə qədər ara verilməsi qərara alınıb. Tərəflər liderlərin Brüsseldə şam yeməyində bir araya gələcəkləri çərşənbə gününə qədər gözləyəcəklər.
Avropa Birliyi adından danışıqlar aparan Mişel Barnier liderlərə müzakirələr zamanı həll edilə bilməyən məsələlər barədə məlumat verəcək. Görüşlərin davamı üçün liderlərin görüşünün nəticəsi gözlənəcək.
Günay Elşadqızı / METBUAT.AZ