29 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatları ələ keçirilib.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə “Facebook” rəsmiləri yazılı açıqlama verib. Qeyd edilir ki, təhlükəsizlik məsələsində yaranan boşluqlar səbəbiylə hakerlər 29 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatınlarını ələ keçirib. Hadisənin “Facebook” şirkətinin balansında olan “WhatsApp” ve “İnstagram” sosial şəbəkələrinə heç bir təsiri olmayıb.
Hazırda Amerika polisi hadisə ilə bağlı araşdırma başladıb.
Qeyd edək ki, “Facebook” sentyabr ayında 50 milyona yaxın istifadəçisinin məlumatlarının oğurlanması ilə bağlı məlumat paylaşmışdı. Hadisədən dərhal sonra isə sosial şəbəkə rəsmiləri daha 40 milyon istifadəçinin hesabının risk altında olmasıyla bağlı məqalə dərc etmişdi.
İnstaqramda daha bir YENİLİK - OXUMAQ ÜÇÜN TIKLAYIN! - OXUMAQ ÜÇÜN TIKLAYIN!