ABŞ və Rusiya Federasiyasının kosmik sahədə əməkdaşlığı iki ölkənin siyasi fikir ayrılığına baxmayaraq möhkəm olaraq qalacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın aeronavtika və kosmik fəzanın öyrənilməsi üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn öz Twitter səhifəsində yazıb.
C.Braydenstayn bildirib: "Bu yaxınlarda mən Moskvada "Soyuz"un buraxılışı zamanı baş verən qəza və bizim kosmosun öyrənilməsi sahəsində Rusiya ilə əməkdaşlığımız ilə əlaqədar mətbuat konfransı keçirdim. Bizim siyasi fikir ayrılığımıza baxmayaraq, bizim Rusiya ilə kosmosda münasibətlərimiz möhkəm olaraq qalacaq".
Milli.Az