İsveçin paytaxtı Stokholmdakı Kral Sarayında şahzadə Deniel və kron-şahzadə Viktoriyanın üçüncü övladları olan şahzadə Oskar Karl Ulofun vəftiz mərasimi keçirilib.

Milli.Az European-a istinadən bildirir ki, mərasimə dəvət olunmuş qonaqlar arasında şahzadə Viktoriyanın qohumu Patrik Sommerlatla xanımı Malin Sommerlat da vardı.

Malin əkiz qızları Anna və Xloya ilə birlikdə kilsəyə yönəlkən qəflətən onun donunun ətəyi düşüb.

Naqolay vəziyyətdə qalmış Malini kral ailəsinin mənsubları əhatəyə alaraq ona donunu qaydaya salmağa imkan yaradıblar.

Milli.Az