Dəstək alacağına arxayın olan insanlar daha keyfiyyətli maliyyə qərarları verə bilirlər.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bu nəticəyə Stenford universitetinin alimləri gəliblər. Onlar bildiriblər ki, hətta ən aşağı maliyyə vəziyyətində olan insan kiminsə dəstəyinə və ya ümidinə arxalananda özünü bu vəziyyətdən daha tez çıxara bilir. Kasıb insanlar arasında geniş tədqiqatlar apararaq müəyyən ediblər ki, onlar zənginlərə nisbətən riskli qərarları az verirlər. Kasıblar yalnız yaxın zamanı düşünürlər və onlar gələcək üçün nadirən planlar qurarlar.

Stenford universitetinin alimləri əsasən insan və onun sosial mühitinə fokuslanıblar. Məlum olub ki, uğurlu insanların uzun müddətli planları birbaşa onların sosial mühitindən asılıdır. Əgər insan çətin vəziyyətdə alacağı dəstəyə ümid bəsləmirsə çox nadir hallarda riskli addımlar atır.

Daha sonra alimlər müəyyən ediblər ki, qonşuların sosial dəstəyinə ümid olmaq insanı zəngin edə bilər. Banqladeşdə keçirilən bir təcrübə zamanı məlum olub ki, insanlara sosial təminat vermək cəmiyyəti inkişaf etdirir. İnsanın qonşusuna, dostuna və ətrafına etimadı onun gələcək həyatına birbaşa təsir edir. İnanc cəmiyyətin əsas sütunlarından biridir.

Milli.Az