Bir zamanlar dünyanın ən güclü tennisçisi sayılan Boris Bekker müflis olub.

Milli.Az European-a istinadən bildirir ki, 50 yaşlı alman tennisçi parlaq idman karyerası ərzində kortlarda və reklam müqavilələrinin hesabına 150 milyon dollar qazanmışdı.

İndisə o, iflasa uğrayıb və borclarının ümumi məbləği 70 milyon dolları keçib.

Boris Bekkerin biznes fəaliyyəti uğursuz olub. Onun startap layihələri, "Mercedes" avtosalonları pul gətirməyib, Nigeriyadakı neft biznesi 10 milyon dollarlıq itkiyə səbəb olub.

Bekker daşınmaz əmlakının praktiki olaraq zamısını satıb. İndisə o, tennis matçlarında əldə etdiyi kubokları və şəxsi əşyalarını satır.

Kreditorların tələblərindən yaxa qurtarmaq və məhkəmə qarşısında immunitet əldə etmək üçün o, Mərkəzi Afrika Respublikasının idman, mədəniyyət və humanitar məsələlər üzrə attaşesi olmaq qərarına gəlib.

1961-ci ildə qəbul edilmiş Vyana konvensiyasına görə, attaşelər diplomatik immunitetə malik olduqlarından onları məhkəmə təqib edə bilməz.

Bekker MAR-ın diplomatı statusu əldə etdiyinə görə "qürur hissi keçirdiyini" söyləyib.

Milli.Az