Kilometrlərlə uzaqlığa silah-sursat göndərirsiniz. Onlar ətrafdakı coğrafiyaya atəş açdığı kimi, bizim gözəl ölkəmizə də atəş açırlar. Ondan sonra "timsah gözyaşı"na oxşayan vəziyyət ortaya qoyursunuz.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu Anadolu İş adamları Dərnəyinin Diyarbəkir şöbəsinin açılışında deyib. O, ABŞ-ın DSG-yə silah göndərdikdən sonra türk əsgərlərinə başsağlığı verməsini tənqid edib:

"4 oktyabrda Batman bölgəsində şəhid olan 8 əsgər üçün ABŞ-ın Türkiyədəki səfirliyindən gələn başsağlığı vicdanı, etikası və əxlaqı olmayan dəyərləndirmə ortaya qoyur. Mafiya filmlərindəki kimi öldürürlər, sonra məzarın başına gedib göz yaşları tökürlər. Amerika kimi bir dövlətə mafiyavari davranış heç yaraşmır".

Milli.Az