Bakida avtobusda qadının pulları oğurlanıb. Publika.az xəbər verir ki, polisə müraciət edən 1958-ci il təvəllüdlü Lalə Əzizova “Şidli” MMC-yə məxsus olan 81 saylı marşrut avtobusunda çantasından 175 manatın oğurlandığını bildirib.
Şikayətçinin sözlərinə görə, Şirvani küçəsində avtobusdan düşüb və az sonra çantasının içindəki pul kisəsinin cibgir tərəfindən götürüldüyünü müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.