Müğənni Orhan Gencebay məhkəməyə baş vurub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial media hesabında ona təhqir yazanlardan şikayətçi olub. 2 saata yaxın polis bölməsində qalan müğənni bu açıqlamanı verib:
"Bu təhqirlər sosial mediadadır. Həqiqətən insan pis olur. Mən düşünürəm ki, təhqir yaxşı şey deyil. Bütün pis sözlər öz sahibinə qayıdır. Mən insanların qəlbini qırmamağa çalışıram. Amma bəzi insanlar bunu düşünmür".
Milli.Az