ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səuda zəng edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Trampın özü deyib.

O, kralla jurnalist Camal Qaşıqçının yox çıxmasını müzakirə edəcəyini bildirib.

Tramp Qaşıqçının itməsini dəhşət adlandırıb və ABŞ-ın bu məsələyə çox ciddi yanaşdığını söyləyib.

Milli.Az