Türkiyənin Şırnak şəhərində zirehli avtomobil aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobilin aşması nəticəsində 12 hərbçi xəsarət alıb. Onlar şəhərin dövlət xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, hərbçilərin vəziyyəti yaxşıdı, onların həyati təhlükəsi yoxdur.

Milli.Az