ARB TV-nin “Canım Sizə desin” verlişinin növbəti qonağı
Əməkdar artist Cavanşir Məmmədov olub.
Publika.az xəbər verir ki, Əməkdar artist maraqlı
açıqlama verib:
“Hərə bir şeyin həvəskarı olur. Bu, pis deyil ki? Maşın almışam da,
gedib başqaları kimi 5-6 dənə arvad almamışam ki... Biri o tində,
biri bu tində. Arvad bir dənə olar. Atalar deyib ki, yaxşı at,
yaxşı arvad və bir balaca da para. Yəni maşın, o vaxt at olub. Amma
para çox olanda insan davranışını dəyişir, ayağını başqa cür
atır”.