Yazıçı-şair Saday Şəkərli xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə şairin oğlu məlumat verib:

"Əziz dostlar, atamın analizlərini görən Moskva həkimləri onu dərhal xəstəxanaya yerləşdirdilər...Sizlərə salamı var!"

Qeyd edək ki, hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan yazıçı-şair Saday Şəkərli mayın 25-i amnistiya ilə 6 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.