Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - "Sabahın xeyir, Azərbaycan" videolayihəsinə start verib.

Komitədən Milli.Az-a verilən məlumata görə, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə ( https://www.facebook.com/AzDiaspora/ , https://twitter.com/DiasporaAz,  https://www.instagram.com/diasporaaz/ ) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

Yusif Nəsirli
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dövlət Komitəsi yeni layihəyə start verib -

Dövlət Komitəsi yeni layihəyə start verib -