Florida səması "Maykl" qasırğasından sonra bənövşəyi rəngə boyanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çərşənbə günü Floridada qasırğa xəbərdarlığı edilib.

Küləyin gücü saatda 250 kilometr olub. Təbiət hadisəsinə görə yüzlərlə insan təhlükəli bölgələrdən təxliyyə edilib.

ABŞ Milli Mərkəzi "Maykl"ın xüsusilə təhlükəli olduğunu bildirib.

Florida qubernatoru Rik Skott əlavə edib ki, "Maykl" son yüz ildə Paxandldakı ən güclü qasırğadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Florida səması bənövşəyi rəngə boyandı