PSJ-nin futbolçusu Anxel Di Mariya gələn yay "Yuventus"a keçə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Calciomercato" xəbər yayıb.

Məlumata görə, Turin klubu futbolçunu pul ödəmədən heyətinə qatmaq fikrindədir. Gələn yay yarımmüdafiəçinin Paris klubu ilə müqaviləsi sona çatacaq və turinlilər bundan yararlanmağı planlaşdırırlar.

Keçid baş tutarsa, Di Mariya yenidən Kriştianu Ronaldunun komanda yoldaşı olacaq. Vaxtilə onlar "Real"da birlikdə oynayıblar. Argentinalının məhz bu səbəbdən "Yuventus" variantına isti yanaşdığı deyilir.

Milli.Az