Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar mühəndis"

Rzayev Rizvan İlyas oğlu

Tahirov Tələbani Məhəmməd oğlu

"Əməkdar həkim"

Şükürov Adil Əvəz oğlu.

Milli.Az