Tanınmış amerikalı aktyor, Hollivud ulduzu Tom Kruz onu dünyaca məşhurlaşdırmış "Top Gun" filminin davamını çəkir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 1986-cı ildə ekranlara çıxmış "Top Gun" filmində leytenant Pit "Maverik" Mitçell rolunu oynayanda T.Kruz 24 yaşında idi. Lentdə onun tərəf-müqabilləri Meq Ryan, Vel Kilmer, Entoni Edvards və Kelli MakQills idilər.
32 ildən sonra Kruz həmin obrazı "diriltmək" qərarına gəlib.
"Top Gun: Maverick" filminin səhnələrindən biri ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərində çəkilib.
Toni Skottun baş rejissor olduğu filmin dünənki çəkilişlərdə Tom Kruz motosiklet sürüb.
Filmin dünya premyerası 2016-cı ilin iyunun 20-də olacaq.
Vel Kilmer bu lentdə Tom "Aysmen" Kazanski rolunu oynayır. Lentdə Cennifer Konnelli, Con Hemm, Ed Harris, Qlen Pauell, Lüis Pullman və Maylz Teller də çəkilirlər.
Milli.Az