ABŞ prezidenti Melaniya Trampın Afrikaya səfəri qalmaqalla müşayiət olunur.

Milli.Az The New York Times-a istinadən bildirir ki, 48 yaşlı Melaniya Tramp Keniyada səfərdə olarkən əynində bir zamanlar Afrikada ağ müstəmləkəçilərin geyindikləri libas, başında da şlem vardı.

Afrikalılar bu ağ şlemi Avropanın müstəmləkəçiliyinin simvolu sayır, nifrət edirlər.

Məşhur tarixçi, Afrika tarixinin bilicisi, professor Mett Karotenuto Twitter-də yazıb: "Melaniya Tramp bu libası ilə bütün afrikalıları təhqir etməklə yanaşı, çox böyük səhvə yol verib. Bu, afroamerikalı pambıq istehsalçılarının toplantısına Konfederasiya əsgərinin formasında qatılmaq kimidir. Tarixi kontekst çox vacibdir".

Politologiya professoru Kim Yi Dionn isə deyib: "Melaniya Trampın geyim seçimi onun yollandığı ölkə ilə bağlı stereotip anlayışların əsiri olduğunu göstərdi".

İyun ayında isə Melaniya Tramp Texasdakı Uşaq Mühacirlərin Müdafiəsi Mərkəzinə üzərində "I Really Don't Care Do You?" ("Gerçəkdən də vecimə də deyil, bəs sənin?!") yazılmış plaşda yollanmışdı.

Melaniya Tramp ABC-yə də müsahibə verib. O, Tomas Llamasla söhbətində əri, ABŞ prezidenti Donald Trampla münasibətlərindən bəhs edib.

"Donaldın dedikləri və yazdıqlarının heç də hamısı ilə razılaşmıram. Onun Twitter-dəki ifrat fəallığını da təqdir etmirəm. Öz fikrimi deyirəm və bu, fərdi məsləhətdir. Bəzən mənə qulaq asır, bəzən yox. Öz fikrim, öz səsim var. Fikrimi açıqlamaq mənim üçün vacibdir. Donaldın qərarlarını da tənqid etmirəm. Amerika xalqı məni yox, onu prezident seçib".

Melaniya Tramp Afrikaya altıgünlük səfəri əsnasında Qana, Misir, Keniya və Malavidə olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Melanya Tramp ərindən danışdı,qalmaqala səbəb oldu