"5/5"-də qonaq olan Əlikram Bayramov Zaurun təkidi ilə canlı yayımda nənəsinə zəng edib.

Milli.Az xəbər verir ki, sağ əli ilə nömrəni yığan Əlikram sol əlindəki mikrafonu ağzından uzaqlaşdırmağı unudub və həmin an yığdığı nömrəni efirdə təkrarlayıb.

Aparıcı "Nənənin nömrəsini bütün ölkə bildi, efirdə demə" sözləri ilə müğənniyə xəbərdarlıq edib. Əlikram Zaurun fikirlərinə "Nənəmə zəng edəcəklər guya? Nənəm də cavan qız deyil ki" ifadələri ilə cavab verib.

Məhəmməd Vaqif
Milli.Az