Türkiyənin Sivas şəhərində mağaza işlədən Hayati Arslan hobbi olaraq taxta və polad oyma sənəti ilə maraqlanmağa başlayıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Arslan evində qurduğu kiçik atelyesində polad balta, əl ağacı, sümük daraq, dolça, təsbeh, tablo kimi əl işləri istehsal edir.
Sifarişlə hazırladığı məhsulları Arslan Amerika başda olmaqla bir çox Avropa ölkələrinə göndərir. Əl ağacı və polad baltalar 500 ilə 1500 manat arası satılır.