Türkiyədə sifariş üçün apardığı pizzaya tüpürən kuryerin məhkəmə prosesi başlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onu 18 il həbs cəzası gözləyir.
Məlumatlara görə, hadisə bu ilin martında Eskişehirdə baş verib. Pizza sifarişini çatdıran 18 yaşlı Burak S. qutunu açıb və ora tüpürüb.
Kuryerə qarşı "qidanı zəhərləmə və ya pozmaqla insanların həyatına təhlükə yaratma" maddəsi ilə ittiham irəli sürülüb.
Burak isə qutunu açdığını etiraf etsə də, ora tüpürmədiyini bildirib. O deyib ki, yolda kiçik qəzaya düşdüyü üçün qutunu açıb, pizzanın vəziyyətini öyrənmək istəyib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: