Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lift Təmir" İstehsalat Birliyinin keçmiş rəisi barəsində daha bir cinayət işi başlanılıb. Bunu Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Dövlət Gömrük Komitəsi əməkdaşlarının fəaliyyəti ilə bağlı da korrupsiyaya qarşı mübarizə baş idarəsində 3 cinayət işi var.
"Lifttəmir" İstehsalat Birliyinin keçmiş rəisi barəsində daha bir cinayət işi başlanılıb.
Bakı Şəhər İcra hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyində yoxlamalar davam etdirilir. Bunu Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O, bildirib ki, idarənin keçmiş rəisi Qüdrət Şükürov barəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə əlavə cinayət işi başlanılıb.
Kamran Əliyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi əməkdaşlarının fəaliyyəti ilə bağlı da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 3 cinayət işi var. 2 material barəsində isə cinayət işinin başlanılması nəzərdə tutulub.
Kamran Əliyev bildirib ki, son vaxtlar qanunsuz tikililərlə bağlı müraciətlər də daxil olub və cinayət işi başlanılıb.
Milli.Az