Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.

Hadisə Bakı-Quba avtomobil yolunun şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını arxaya hərəkət edərkən1977-ci il təvəllüdlü Məzahir Azay oğlu Mustafayev nəqliyyat vasitəsinin altında qalaraq ölüb.Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıtregional şöbəsinə təhvil verilib.

Qeyd edək ki, ölən şəxsin yol tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda fəhlə yük maşınının altında can verdi